Araik əməliyyatlardan əvvəl Simonyana nə deyib? – Detallar

Araik əməliyyatlardan əvvəl Simonyana nə deyib? - Detallar

“Araik Arutyunyan “istefa” verdikdən sonra onunla bir neçə dəfə telefonda danışdım, mənə qərarının səbəblərindən söz açdı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan payız sessiyasının ilk iclasında deyib.

Simonyanın sözlərinə görə, Araik çətin vəziyyətdə olduğunu bildirib:

“Araik mənə dedi ki, bir gün yuxudan oyanıb “artsax”a baxanda vəzifədə olduğumu görməsən, təəccüblənmə. O, ciddi təzyiqlərə məruz qaldığını deyirdi”.

Simonyan deyib ki, qondarma rejimin ləğvi ilə bağlı sənəddə Ermənistana istinad vardı:

“Biz həmin məqamın çıxarılmasını tələb etdik, çünki məsələnin Ermənistanla əlaqəsi yoxdur. Ümumiyyətlə, “artsax” deyə bir qurum artıq yoxdur. Sadəcə, Qarabağdan köçən ermənilər var. Onlara görə hökumətimiz cavabdehdir”.

Qeyd edək ki, keçmiş qondarma rejimin separatçı “lideri” Araik Arutyunyan 2023-cü il avqustun 31-də istefa verib. Həmin ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra isə oyuncaq rejim özünü buraxıb.

Ayşən Mustafa
Globalinfo.az