Məşhur şirkətlər Dilan Polata görə yarışa çıxdı – Səbəb

Məşhur şirkətlər Dilan Polata görə yarışa çıxdı - Səbəb

Ötən ilin noyabrından çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbsdə olan məşhur türkiyəli fenomen Dilan Polat bir neçə gün əvvəl azadlığa buraxılıb.

Globalinfo.az bildirir ki, Polat həbsdən çıxdığı gün sosial media hesabında 500 min yeni izləyici qazanaraq gündəmdə qalmağa davam edib və film şirkətlərinin diqqətini cəlb edib.

Məlumata görə, Polatın həyat hekayəsini səhnələşdirmək uğrunda film istehsalı şirkətləri fenomenin “arxasınca düşüb”.

İddialara görə, bir çox uğurlu film və serial layihələrinə imza atan istehsal şirkətləri Dilan Polatın yaşadıqlarını böyük ekranlara çıxarmaq üçün bir-biri ilə yarışırlar.

Dilan Polatın bu təklifləri qəbul edib-etməyəcəyi isə maraqla gözlənilir.