ukrayna muharibesi

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində sərhədi yardığını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, dövlət sərhədini qoruyan qüvvələrin hücumları dəf etdiyi qeyd olunub.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətindəki Nikolaevo-Daryino və Oleşnya yaxınlığındakı mövqelərinə 11 tankın və 20-dən çox zirehli döyüş maşınının dəstəyi  ilə 300-dək hərbçi ilə hücum edib.

Hücum səhər saatlarında baş verib və hazırda ərazidə gərgin döyüşlər gedir.

“Rusiya FTX-nin sərhəd qoşunlarının bölmələri ilə birlikdə dövlət sərhədi və Sum vilayətində ehtiyatlar zonasında düşmənə hücumları dəf edib və atəşə tutublar”, – qurumdan bildirilib.

Rusların məlumatına görə, onlar Ukrayna Silahlı Qüvvələrinin 16 ədəd zirehli texnikasını, o cümlədən 6 tankı, iki piyada döyüş maşını, 4 zirehli transportyoru və digər texnikanı məhv ediblər.

Globalinfo.az

Paylaş: