İsrail hərbçiləri Qəzza zolağında 9 aylıq hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının hərbi rəhbərliyinin yarısını zərərsizləşdiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, HƏMAS-ın hərbi qanadının 14 liderindən 7-i artıq öldürülüb.
Siyahıda hərəkatın hərbi təşkilatının rəhbəri Məhəmməd əd-Deyfin sağ olduğu bildirilir.