frans silah

“Rəsmi Paris Fransadakı seçkilərin nəticəsindən asılı olmayaraq Ermənistana hərbi dəstəyi davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

“Dünyada üçüncü ən böyük erməni diasporunun məskunlaşdığı Fransa bu yaxınlarda İrəvanla yeni silah müqaviləsi imzaladığından Bakı və Paris arasında qarşıdurma daha da güclənə bilər. Emmanuel Makronun elan etdiyi növbədənkənar qanunvericilik seçkilərinin nəticəsindən asılı olmayaraq, Parisin Ermənistana hərbi dəstəyini davam etdirəcəyi gözlənilir. Azərbaycan özü də Türkiyə, İsrail və Rusiya kimi dövlətlərdən silah tədarük edir”, – deyə nəşr yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: