xankendi ela 00

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq olub.

Bu barədə Globalinfo.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.

Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.

***18:43

Xankəndi şəhərində həyata keçirilməsi planlaşdırılan investisiya layihələri iş adamlarına tanıdılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İş adamları Xankəndi şəhərinin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərlə tanış olublar. İstehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib”, – o qeyd edib.

fb6a8f75 9611 31c9 88ce b753834d5162 6f579aa2 7a44 321a 83f2 13bbed99bed7 9b6a696b 0eb4 3a28 a9ea d4209790a9f2 850

Paylaş: