Azərbaycan nefti bahalaşmağa davam edir

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti daha da bahalaşıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,05 dollar və ya 1,04/% ataraq 101, 61 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.