Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Əksər zəvvar Məkkə şəhərində ekstremal isti hava şəraiti səbəbindən həyatını itirib.
***10:41
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 900-ü keçib.
Globalinfo.az bildirir ki, Məkkədə temperaturun 51,8 dərəcəyə qalxması insanların ölümünə səbəb olub.
Bu il həcc ziyarətində 1,8 milyon insan iştirak edir.