127553923 gettyimages 1243387119

“İsrailin Qəzza təklifi HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan deyib.

O hesab edir ki, İsrailin girovlarla bağlı razılaşma təklifi Həmas-ın Qəzzada hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər.

“Razılığa nail olmaq və onun bir çox mərhələlərini keçməklə, biz müvəqqəti təhlükəsizlik yarada bilərik. Bu, Qəzzanın artıq terror platforması olmamasına gətirib çıxara bilər”, – Sallivan deyib.

Onun sözlərinə görə, İsrailin regiona tam inteqrasiya etməsi, o cümlədən Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ölkələrlə münasibətləri normallaşdırması, regionda təhlükəsizlik arxitekturasının yaradılması ilə nəticələnəcək.

Ərəb ölkələri ilə əməkdaşlıq İsrailin gələcək Fələstin dövlətinin yaradılmasına razı olub-olmamasından asılıdır. Hansı ki, İsrailin baş naziri Binyamin Netanyahu bunu dəfələrlə rədd edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: