bayden 1

“ABŞ Qəzza zolağına humanitar yardım göstərmək əvəzinə, bu ərzinin İkinci Dünya müharibəsinin sonunda Naqasaki və Xirosimada olduğu kimi nüvə bombardmanına məruz qalmasını təmin etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ senatının  respublikaçı konqresmeni Tim Uolberq deyib.

Senator bildirib ki, ABŞ ən böyük müttəfiqi olan İsrailə dəstəyini bu şəkildə göstərməlidir:

“Qəzzaya humanitar yardım göndərmək əvəzinə oraya nüvə bombardmanı həyata keçirilməlidir. ABŞ bütün dünyada ən böyük müttəfiqi adlandırdığı İsrailə belə dəstək ola bilər. Əslində Vaşinqton Ukrayna məsələsində də eyni münasibəti sərgiləməlidir. ABŞ hakimiyyətinin tək məqsədi Rusiya Prezidenti Vladimir Putinin qüvvələrini sürətlə məğlub etmək olmalıdır. Amerika maliyyəsinin böyük hissəsini Ukraynaya xərcləməməlidir, orada müharibə uzanır. Putin tez məğlub edilməlidir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: