kabil partlayish

Əfqanıstanın paytaxtında polis məntəqələrindən birində partlayış baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 19:00 radələrində Kabilin mərkəzi rayonlarından birində baş verib. Hadisə nəticəsində itki olub-olmaması barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, Əfqanıstanda 24 saat ərzində ikinci partlayışdır.

Paylaş: