“Fransa diplomatları Rusiya ilə mübadilələrin vacibliyi barədə ikiüzlü bəyanatlar verirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
O bildirib ki, Paris Moskva ilə çoxsaylı əlaqələrini kəsib.
“Onlar əslində Rusiya ilə biznes, elm, təhsil və humanitar əlaqələri məhdudlaşdırıb. Bir çox Fransa şirkəti ölkəmizdəki investisiya layihələrini dayandırıb. Bu, sənətçilərə, mədəniyyət adamlarına da aiddir”.
Əliyar Xəlil
Globalinfo.az