nazirler

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, işçilərin say həddi 20-dən 32-yə yüksəldilib. Əməkhaqqı fondunun məbləği isə 38 547 manatdan 53 365 manata qaldırılıb.

Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş: