ehali qis

“Халифат Азeрбайджан” Teleqram kanalında Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

Globalinfo.az xəbər verir ki, məlumatda Bakının bəzi məktəblərinə basqın edəcəkləri, şagirdləri öldürəcəkləri bildirilib. Paylaşımda məktəblərin adı da çəkilib. Eyni zamanda, “Mall”lara da basqın ediləcəyi vurğulanıb.

Qruplaşmanın sosial şəbəkələrdə həyəcan yaradan çağırışı ilə bağlı DİN rəsmi açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb.

APA-nın araşdırması zamanı məlum olub ki, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Belə ki, bu il yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb.

“Tatar manyak” teleqram kanalının müəllifi yanvarın 9-da Tatarıstanın paytaxtında “ət və qan günü” təşkil edəcəyinə söz verib.

Eynilə bu gün yaradılmış saxta hesab vasitəsilə Kazanda tətbiq olunmuş mətndə məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb. Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlarla bu dəfə azərbaycanlı valideynlər sınanılıb.

Belə ki, ilin ilk günlərindən sosial şəbəkələrdə anonim müəllifin təhdidləri ilə bağlı məlumatlar yayılmağa başlayıb, “Telegram” izləyicilərində təşviş yaranıb.

“Tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbərlər yayılıb. Şəhər rəhbərliyi vəziyyətə müdaxilə etməli olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, vəziyyətin sabitliyini pozmaq və panika yaratmaq məqsədi ilə birdən-birə bir neçə rayon və şəhərdə belə saxta hesablar yaranıb. Kanal artıq mövcud deyil, məlumat təsdiqini tapmayıb. Üstəlik, ilkin məlumatlara görə, kanalların müəllifləri hətta ölkədə deyillər”-deyə Kazan mediasının yazdıqlarında qeyd olunub.

aza IMG 20240312 001047 657  IMG 20240312 001046 897

Paylaş: