“Ermənistan KTMT-də üzvlüyünü dondurur. Bu barədə Paşinyan özü bəyan edib. O həmçinin Ermənistanda yerləşən Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib:
“Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir. Paşinyan və Makron mahiyyətcə Rusiyanı Cənubi Qafqazdan qovmaq və regionda Fransa hərbi bazalarını yaratmaq üçün Kremlə sui-qəsd hazırlayıb. Hazırda Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilib”, – deyə Markov vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az