IMG 20240207 232005 731

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Globalinfo.az xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

– İlham Əliyev – 92,05 faiz (4 281 625 səs);

– Zahid Oruc – 2,19 faiz;

– Fazil Mustafa – 2 faiz;

– Qüdrət Həsənquliyev – 1,76 faiz;

– Razi Nurullayev – 0,8 faiz;

– Elşad Musayev – 0,67 faiz;

– Fuad Əliyev – 0,53 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,05%-ni toplayaraq qalib gəlib.

***07.02.2024 23:17

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Globalinfo.az xəbər verir ki, Məzahir Pənahov bildirib ki, İlham Heydər oğlu Əliyev 2 milyon 497 min 542 səs qazanıb, yəni 92,10 % səslə növbədənkənar prezident seçkilərində qalib gəlib.

Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

– İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

– Zahid Oruc – 2,20 faiz;

– Razi Nurullayev – 0,79 faiz;

– Fazil Mustafa – 1,99 faiz;

– Elşad Musayev – 0,66 faiz;

– Qüdrət Həsənquliyev – 1,78 faiz;

– Fuad Əliyev – 0,48 faiz:

Paylaş: