Sabah Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq.
Bundan əvvəl qeyd olunub ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.
Görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edəcək.
Tərəflərin iştirakı ilə əvvəlki görüş 2023-cü il noyabrın 30-da sərhəddə baş tutub.