Azərbaycanda həbsdə olan separatçıların fotoları yayılıb. Onların saxlanılma şəraitləri və mənəvi-psixoloji durumları sosial şəbəkələrdə geniş müzakirə edilib.
Maraqlıdır separatçıların sözügedən görüntüləri ruh halları barədə nə deyir?
Mövzunu Globalinfo.az-a şərh edən bədən dili üzrə mütəxəssis Babək Bayramov deyib ki, separatçılar rahat görünsələr də, daxilən xaos içindədirlər:
“Onların heç birində tam olaraq rahatlıq yoxdur. Ümumi götürdükdə, kitab oxuyurmuş kimi görünsələr də, əslində, kitab oxumurlar. İdeomatorikası kameraya tərəfdir. Yəni onun bütün diqqəti digər tərəfdədir. Onlarda ümidsizlik və gərginlik duyğuları müşahidə olunur. Separatçıların psixoloji vəziyyətlərinin yaxşı olduğunu deyə bilməyəcəyik”.
Zaira Akifqızı
Globalinfo.az