“Gülüstan” sarayında Ərdoğana xoş sürpriz – Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda, Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə olduqca maraqlı məqam yaşanıb.

Globalinfo.az xəbər verir ki, ziyafətdə “Duyanlara, duymayanlara” mahnısı səsləndirilib.

Sözügedən mahnı Rəcəb Tayyib Ərdoğanın sevimli mahnılarından sayılır və o şəxsən özü dəfələrlə bu il keçirdiyi seçkiöncəsi mitinqlərdə bu mahnını ifa edib.

Həmin kadrları təqdim edirik: