039557e0 f47a 318b bb5b 7f68e6be90ea 850

2020-ci ildə 44 günlük müharibə zamanı keçmiş qondarma rejimin nəzarəti altında Şuşa həbsxanasından Ermənistan cəzaçəkmə müəssisələrinə köçürülən məhbuslar arasında narazılıq yaranıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinin məqaləsində qeyd olunub.

Məlumata görə, antiterror əməliyyatlarından sonra ermənilərin Qarabağdan köçü zamanı həbsxanalarda saxlanılan məhbusların təhlükəsiz daşınması üçün avtomobil tapmaq mümkün olmayıb və nəticədə amnistiya elan edilib.

Buna görə müharibə zamanı köçürülən məhbuslar da onlara belə amnistiya elan edilməli olduğu qeyd edirlər.

2024-cü ildə Ermənistanda amnistiya olub-olmayacağı ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Bu da ictimaiyyətdə müəyyən məsələlərin qaranlıq qalmasına səbəb olur.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: