“HƏMAS”ın olduğu Fələstinə 15 sent belə göndərmərəm”.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri amerikalı senator Lindsey Graham səsləndirib. O bildirib ki, HƏMAS Fələstinin gələcəyində olmamalıdır:
“Həmas hələ də varlığını qoruyursa, o zaman mən Amerikadan Fələstinə bir sent də yardım göndərməyəcəm”, – Graham vurğulayıb.
Amerikalı senator hesab edir ki, müharibə bitdikdən sonra HƏMAS yenə də mövcudluğunu qoruya bilsə, o zaman dünya uğursuzluğa düçar olacaq: “Əgər HƏMAS hələ də mövcuddursa, o zaman Fələstin xalqına sərmayə qoymaq dəlilikdir”. Respublikaçı senator hesab edir ki, İsrail özünü müdafiə etmək hüququna malikdir.
Məlumat üçün bildirək ki, İsrail ordusunun quru və hava hücumları nəticəsində 20 mindən çox fələstinli həlak olub.
Əliyar Xəlil,