Rusiyanın Federal Təhlükəsizlik Xidməti Krım vilayətində Ukraynaya məxsus olduğu iddia edilən agent şəbəkəsinə qarşı əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Krımdakı agent şəbəkəsinin Ukraynaya məxsus olduğu, lakin Qərb tərəfindən idarə edildiyi, maliyyələşdirildiyi iddia edilir. Məlumata görə, bu şəbəkə Krım ərazisində muxtar vilayətin rəhbəri Sergey Aksenov, parlamentin sədri Vladimir Konstantinov, Yalta şəhərinin meri Yanina Pavlenko, rusiyayönlü bloger Aleksandr Talipova qarşı terror aktları planlaşdırıb.
Federal Təhlükəsizlik Xidməti hücumları planlaşdıran şəbəkənin tamamilə zərərsizləşdirildiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az