HƏMAS-ın girovluğunda olan 25 nəfər girovluqdan azad edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Misirin dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan məlumat verib.
“HƏMAS-ın əlində olan 12 Tailand vətəndaşının, eləcə də 13 israilli uşaq və qadın azad edilib”, – deyə D.Rəşvan bildirib.
Onun sözlərinə görə, onlar İsrail tərəfinə təhvil veriləcək.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Tərəflər noyabrın 22-də dörd günlük humanitar atəşkəs haqqında razılığa gəliblər.