Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dubai Airshow 2023” beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
***12:40
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində nümayiş etdirilən BƏƏ-nin “EDGE” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, sərgi çərçivəsində şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
***10:21
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak edir.
Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
“ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.