1698263132 birja

Bu gün ticarətin avtomatik bağlanması sisteminin işə salınması ilə əlaqədar İstanbul Birjasının işi bir müddət dayandırılıb.

Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu, BIST100 birjasının əsas indeksinin 5 faiz ucuzlaşmasından sonra baş verib.

Ekspertlər mübadilənin dayandırılmasını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həmin gün parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatlarla əlaqələndiriblər.

Bildirilib ki, “panik əməliyyatlar”, o cümlədən BIST100 indeksi kəskin şəkildə 5-7 faiz azaldıqda investor itkilərini minimuma endirmək üçün birjada avtomatik bağlanma sistemi işə salınır.

Paylaş: