İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Globalinfo.az News24.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb. Nazirin əmri ilə idarə rəisi Cavanşir Nuriyev tutduğu vəzifədən azad edilib.
Qaynarinfo.az-n məlumatına görə, C.Nuriyev Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri təyin olunub.
Qeyd edək ki, Cavanşir Nuriyev ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.