Yüksək vəzifəli şəxsin rəis oğlu işdən çıxarıldı — Yeni vəzifəyə təyinat / FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Globalinfo.az News24.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb. Nazirin əmri ilə idarə rəisi Cavanşir Nuriyev tutduğu vəzifədən azad edilib.

Qaynarinfo.az-n məlumatına görə, C.Nuriyev Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri təyin olunub.

Qeyd edək ki, Cavanşir Nuriyev ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.