
Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) 8 oktyabr Bakı vaxtı ilə saat 23:00-da iclası keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. “HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb, 900 nəfər yaralanıb.














