2022 12 28 910191 9C22CC1C A1BD 4BA4 9E7C A74089796424

Ermənistan Rusiyaya silah üçün ödədiyi 400 milyon dolları geri tələb edib.

Globalinfo.az xəbər verir ki, Ermənistanın pulu ödəməsinə rəğmən Rusiyadan həmin silahları hələ də ala bilmədiyi deyilir. Bu məsələ bir neçə dəfə Ermənistan parlamentində və baş nazir aparatında keçirilən iclaslarda müzakirə edilib. Rusiya ilə danışıqlar aparıldığı deyilsə də, Kremldən heç bir müsbət cavab alınmayıb.

Ermənistan xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra bir neçə ölkədən müxtəlif tipli silah və texnika satin alıb. Bunların hər biri fərqli yollarla Ermənistan ərazisi və Qarabağda separatçıların möhkəmləndiyi bölgələrə çatdırılmışdı. Lakin Rusiya ilə silah alış-verişi məsələsi Ermənistan üçün hələ də problem olaraq qalır.

Qeyd edək ki, Rusiya pulu ödəməkdən imtina edib. Səbəb kimi isə müqaviləyə xitam verilməməsi göstərilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: