773x435 cmsv2 5e4aa644 c395 5fbe 9bed 714027e777cc 4268986

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan İsrailin Baş naziri Binyamin Netanyahu verdiyi açıqlamada deyib ki, “İsrail Dövləti ilə Azərbaycan arasında hər şey əladır, inanın daha da yaxşı olacaq”.

Netanyahunun açıqlaması qısa olsa da, mahiyyət etibarilə özlüyündə dərin məna ehtiva edir. Bununla belə qısa açıqlamadan bəzi suallar da yaranır.

Maraqlıdır, Netanyahu “İnanın, daha da yaxşı olacaq” deyərkən nəyi nəzərdə tutur? Bu sözlərlə o, demək istəyir ki, İsrail Azərbaycanı Qarabağ məsələsində sonuna qədər müdafiə edəcək? Yoxsa, Qarabağ məsələsi daxil olmaqla, başqa sahələrdə də əməkdaşlığın dərinləşəcəyinin anonsunu verib?

hqdefault 2

Qədir Aslan

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, İsrail-Azərbaycan münasibətləri hər zaman yaxşı olsa da iki ölkə arasında 2012-ci il imzalanan 2 milyard dollarlıq silah idxalına dair sənəd münasibətləri üst səviyyəyə qaldırdı:

“Məhz bu hadisədən sonra İranla ilk ciddi gərginlik yaşandı. Rəsmi Tehran hadisəyə etiraz olaraq dövlət sərhədini bağladı. Hətta Azərbaycana hərbə-zorba gəlməyə başladı.
Bu hadisə tarixi bir olay idi. Azərbaycan ilk dəfə idi ki, Rusiyanın silah bazarı xaricindən silah tədarük edirdi. Amma bütün hallarda bu hadisə iki ölkə münasibətlərində yeni mərhələni başlatdı.

İsrail bu günə qədər Azərbaycana başda silah sahəsi olmaqla çox yardım edib. Hesab edirəm yardımlar bundan sonra da davam edəcək. Xüsusilə İsrail Qarabağın yenidən qurulmasında çox yardım edə bilər. İsrailə bağlı maliyyə mərkəzləri bu istiqamətdə ölkəmizə investisiya yatıra bilər. Netanyahunun verdiyi mesaj həm də bu baxımdan önəmlidir.

İran ilə münasibətlərimiz gərgin olaraq qalır. İsrail ilə bu kontekstdə də əməkdaşlığımız davam edir. Düzdür, bu o demək deyil ki, Azərbaycan İsrailə İrana qarşı hər hansı fəaliyyətində dəstək verəcək, ya da torpaqlarından hərbi məqsədlə istifadəyə razı olacaq. Regional müstəvidə əməkdaşlığımızın gələcək perspektivi olduqca müsbətdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: