Iran xerite

Ermənistan İranın Suriya və Livana silah tədarükündə mühüm rol oynayır.

Globalinfo.az xəbər verir ki, İsrail KİV Ermənistanın sözügedən prosesdə tranzit rol oynamasından yazıb.

Qeyd olunur ki, İranla Ermənistan arasında əməkdaşlıq Suriya, həmçinin İranın maraq dairəsində olan digər regionlara yayılır.

“Məsələn, 2007-ci ildə Ermənistan iranyönlü yaraqlılar tərəfindən İraqda ABŞ ordusuna qarşı istifadə olunan raketləri İrana çatdırıb. Hazırda İran Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyir, bu regionda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadası fəaliyyət göstərir”, – məqalədə vurğulanır.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: