Makron inqilabi qərar ərəfəsində – Cavabı necə olacaq?

Makron inqilabi qərar ərəfəsində - Cavabı necə olacaq?

Fransa Prezidenti Emmanuel Makron üçüncü dəfə prezident seçilmək haqqında düşünür. Bunu dilə gətirməsə də, dəstəkçilərinin bənzər fikirlər səsləndirirlər. Makronun müttəfiqlərindən olan Fransua Bayro daha əvvəl demişdi ki, Fransa konstitusiyası Makronun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinin qarşısını alır, ancaq o, 2032-ci ildə üçüncü dəfə namizədliyini verə bilər. Parlamentin keçmiş spikeri Riçard Ferran isə deyib ki, Makronun üçüncü dəfə prezidentliyə namizədliyini verməsi üçün konstitusiya dəyişikliyinə gedilməsi vacibdir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Makron 2032-ci ildə üçüncü dəfə namizədliyini irəli sürə bilər:

“Fransa Konstitusiyası buna icazə verir. İndi qəribə situasiya yaranıb. Bir çox ölkələri sırf prezident üçüncü dəfə seçkiyə gedir deyə tənqid edən, avtoritarlaşma və diktaturada, demokratik dəyərlərə hörmət etməməkdə ittiham edən kollektiv Qərb və demokratiyanın beşiyi sayılan Fransa indi Makron yenə prezident ola bilsin deyə konstitusiya dəyişikliyi etməyə hazırlaşır.

Makron inqilabi qərar ərəfəsində - Cavabı necə olacaq?

Turab Rzayev 

Bundan sonra hər dəfə seçkidə qalib gələn Ərdoğan, 3-cü dönəmə gedən Si Szinpin, gücünü daha da artıran Modi haqqında avtoritar, hətta diktator ifadələri işlədən Qərbin Fransaya cavabı nə olacaq, maraqlıdır. Amma deyəsən, cavab hazırdır: “Prezidenti ardıcıl üçüncü dəfə seçmək Fransa xalqının demokratik hüququdur və bunu məhdudlaşdırmaq olmaz”. Həmişə olduğu kimi, yenə də ikili standartlar öz sözünü deyir”.

Turan Rzayev
Globalinfo.az