Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Bakıdakı xəstəxanalardan birinə yerləşdirilmiş Vaqif Xaçaturyanı ziyarət ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə separatçı rejimin “ombudsmanı” Qeqam Stepanyan danışıb.
“Mənim məlumatıma görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Bakıdakı xəstəxanada Vaqif Xaçaturyanı ziyarət ediblər. Ailə üzvləri ilə əlaqə saxlayıb saxlamadığı mənə məlum deyil. Düşünürəm ki, əlaqə saxlasaydı, bundan xəbərim olardı”, – deyə o qeyd edib.
Xatırladaq ki, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri Vaqif Xaçaturyan keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılıb.
Ayşən Mustafa