Ermənilər saxtakarlıq və oğurluqla dünya gündəmində yer almağa davam edirlər.
Globalinfo.az xəbər verir ki, son olaraq onlar lavaşı erməni mətbəxinin nümunəsi kimi qələmə veriblər.
Üstəlik, “TasteAtlas” portalı bu saxtakarlıqdan öz reytinqində istifadə edib. Belə ki, portal tərəfindən dünyanın ən dadlı çörəkləri reytinqinə “erməni lavaşı” da daxil edilib və reytinqdə doqquzuncu sırada qərarlaşıb.
Tamerlan Yayaqan
Globalinfo.az