Erməni spiker: “Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” qeydini sülh sazişinə daxil etmək lazım deyil”

“Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” barədə qeydi Bakı ilə gələcək sülh sazişinə daxil etmək lazım deyil.

Globalinfo.az xəbər verir ki, APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Alen Simonyan Ermənistan və Azərbaycanın imzalayacağı mümkün sülh müqaviləsində belə bir qeydin olmasına dair fikri bölüşmədiyini bəyan edib.

Onun sözlərinə görə, belə bir addım mümkün sülh müqaviləsini heç edə bilər.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanın bu ilin sonuna qədər sülh müqaviləsi imzalayacağını bəyan edib.