Tanınmış rejissor Nail Naiboğlu vəfat etmiş həyat yoldaşı Gülər xanımın doğum günü münasibətilə paylaşım edib.
Globalinfo.az xəbər verir ki, o, mərhumun ad günü olduğunu yazıb.
“Övladlarımın anası, mənə sevməyi öyrədən Gülüm, məkanın cənnət olsun”, – sözlərini yazıb.
Qeyd edək ki, Gülər 2017-ci ildə vəfat edib. Nail və Gülərin iki övladı var. Rejissor ikinci dəfə ailə qurub.