64a5c752ed7bd64a5c752ed7be168858606664a5c752ed7bb64a5c752ed7bc

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Niderlandın Baş naziri Rutteyə İsveçdə müqəddəs kitab Qurana qarşı edilən hücumlara fikir azadlığı adı altında haqq qazandıra bilməyəcəyini, edilənlərin açıq şəkildə ifadə cinayəti olduğunu bildirib.

Paylaş: