Ukrayna və beynəlxalq koordinasiya qrupunun digər üzvləri Beynəlxalq Ədalət Məhkəməsində Ukrayna Beynəlxalq Hava Yollarının 2020-ci ildə vurulmuş təyyarəsi ilə bağlı İrana qarşı iddia qaldıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko məlumat verib.
O, bildirib ki, koordinasiya qrupuna Kanada, İsveç, Böyük Britaniya kimi ölkələr də daxildir.
Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehran səmasında İran hərbçiləri tərəfindən vurulub. Qəzanın qurbanları, Ukrayna vətəndaşları da daxil olmaqla 167 sərnişin və 9 ekipaj üzvü olub.