Parisdə partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, partlayışın baş verdiyi bina tamamilə uçub. Hadisə nəticəsində xəsarət alan 29 nəfərin adı məlum olub, onlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilib.
İki nəfər hələ də itkin düşmüş hesab olunur.
Bildirilir ki, dağıntılar altında qalanlar var. Onların axtarışı aparılır.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.