ABŞ Ukraynaya 175 milyonluq yardım ayırdı

ABŞ Ukraynaya 175 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

“Ukraynaya kömək etmək üçün məhdud resurslardan əldə edilən bu paket 175 milyon dollara qədər silah və texnikanı əhatə edir”, – bəyanatda deyilir.

Yeni paketə hava hücumundan müdafiə sistemləri, HIMARS çoxsaylı buraxılış raket sistemləri, AGM-88 HARM antiradar raketləri, artilleriya mərmiləri, zirehli deşici mərmilər, atıcı silah sursatları, maneələrin məhv edilməsi üçün dağıdıcı döyüş sursatları, mühüm infrastrukturun mühafizəsi üçün avadanlıqlar, eləcə də ehtiyat hissələri və köməkçi avadanlıqlar daxildir.