6a84825d 8b82 46f9 b9e1 c169043624cb

“Azercell Telekom” MMC-nin dəstəyi, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Respublika Paralimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Uşaq Paralimpiya kuboku” turniri baş tutub.

Globalinfo.az bildirir ki, turnirdə 5 idman növü üzrə (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, pauerliftinq) 150-dən artıq paralimpiyaçı uşaq iştirak edib. Gənc idmançılar arasında Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Naxçıvan, Gəncə, Şirvan, Ağcabədi, Ağdaş, Ağsu və Bərdə şəhərlərindən olan uşaqlar da var.

Azercell-in 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə dəstəyi sayəsində sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu, uşaqların cəmiyyətə inteqrasiya olunması və onların idmana həvəsinin artırılmasında böyük əhəmiyyət kəsb edir.

cdc24b5b f230 4dae 8033 eec459ab20ab e384f4f6 6fae 4664 8c71 efdcb202a60c 4499dc59 93b2 4d83 af20 d7a04a635c43 838ea178 c7f4 4c88 a568 155727ec7493 32051e55 1e30 48c3 b3ba 1e4863d90107 3380ae12 4048 49e8 80f5 dd8baea1f00b 4e5ea1d8 9e40 4a95 b8fc 553e0731a3f3 5b729469 751d 419e b83c 4f606d9375ff 417cbaff 9907 4be8 9fc4 04bf6abb7f32

Paylaş: