Nikol Paşinyan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyü ilə bağlı yekun qərar verməsinə bir neçə gün qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, hələ də Roma statutunun təsdiqlənməsi sənədi parlamentə göndərilməyib. Bununla belə, İrəvanın bu istiqamətdə yekun qərar verməsi üçün cəmi mayın 23-nə qədər vaxtının olduğu vurğulanıb. Məhz bu tarixə qədər sənəd parlamentdə ya təsdiqlənməli, ya da rədd edilməlidir.
Məsələ barədə qəzetə danışan hakim Mülki Müqavilə Partiyasından olan Akop Aslanyan isə hələlik iqtidar daxilində bununla bağlı yekun qərarın olmadığını ortaya çıxarıb:
“Siyasi meydan qeyri-stabildir. Bunu təsəvvür etmək mümkün deyil. Ona görə ki, geosiyasi dəyişikliklərin necə olacağını bilmirik”.
Qeyd edək ki, Roma statutunun təsdiqlənməsi sayəsində Ermənistan faktiki olaraq Rusiya Prezidenti Vladimir Putinin də ölkəyə girişini məhdudlaşdıracaq. Moskva məhz buna görə İrəvanı kəskin tənqid edib.
İlkin Həsənov
Globalinfo.az