Ukrayna hərbçiləri Rusiya ordusunun admiralını öldürüb.
Globalinfo.az xəbər verir ki, söhbət Rusiya ordusunun Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovdan gedir.
Belə ki, o, Sevastopolda yerləşən Qara dəniz donanması qərargahına raket zərbəsi zamanı həlak olub.
Hücumda Rusiya ordusunun 34 zabiti həlak olub, 105 hərbçi yaralanıb.
Əliyar Xəlil
Globalinfo.az