Xankəndidəki separatçılar Azərbaycan əleyhinə çağırışları gücləndiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Belə ki, qəzet bu gün Samvel Babayanın təşəbbüsü ilə mitinq keçiriləcəyini yazıb. Bununla belə, mitinqin dünən Brüsseldə qəbul edilən bəyanatla əlaqədar olub-olmadığı hələlik açıqlanmayıb.
Babayan mitinqdən öncə ermənilərə müraciət ünvanlayıb. O bundan sonra Qarabağda yaşamağa davam etmək istəyənlərin mitinqə gəlməli olduğunu söyləyib.
İlkin Həsənov
Globalinfo.az