Bu il 1-ci sinfə gedənlərin sayı açıqlandı

Artıq bu gündən növbəti tədris ilinə start verilib. Sosial şəbəkələrdə bir çox valideynlər övladlarınının birinci sinfə qədəm qoyması ilə bağlı paylaşımlar edirlər, bir qismi isə yeni məktəblə bağlı yazırlar. Maraqlıdır, bu il 1-ci sinfə gedən şagirdlərin və yeni istifadəyə verilən məktəblərin sayı nə qədərdir?

Məsələ ilə bağlı Globalinfo.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, 45 yeni təhsil müəsisəsi istifadəyə verilib:

“Cari tədris ilində Heydər Əliyev Fondu tərəfindən ölkə üzrə əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi, Elm və Təhsil Nazirliyi tərəfindən 23 yeni təhsil təhsil müəssisəsi istifadəyə verilib.

Bu il 1-ci sinifdə təhsil alacaq uşaqların sayı isə 135418 nəfərdir”.

Zaira Akifqızı
Globalinfo.az