erdogan sened

Cari ilin fevral ayının 6-da Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı axtarış-xilasetmə dəstələrinin xüsusi fədakarlıq göstərmiş əməkdaşlarının aprelin 25-də Türkiyə dövləti tərəfindən təltifetmə mərasimi keçirilib.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ilk gündən etibarən qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir İsgəndərov Elvin Xaqani oğlu “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif olunub.

Qeyd edəki ki, Elvin İsgəndərov Kahramanmaraş şəhərində dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxarıb.

6447f370626cb6447f370626cc16824369766447f370626c86447f370626ca

6447f3704a3e36447f3704a3e416824369766447f3704a3e16447f3704a3e2 6447f370581366447f3705813716824369766447f370581336447f37058134

***17:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə xidmətə görə” medalı ilə təltif edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.

R.T.Ərdoğan eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.

Paylaş: