ahzad mustafa

TikTokda virtual hədiyyələr vasitəsilə gəlir əldə etməyə hesablanmış canlı yayımlara yeni format əlavə olunub. Virtual Kəbədə təvaf, Şahzadə Mustafa üçün virtual dəfn mərasimi kimi müzakirələrə səbəb olan yayımlardan sonra bu dəfə Çanaqqala döyüşü də oyunlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, “Çanakkale Geçilmez” adlı yayımda istifadəçilər real pulla satın aldıqları jetonlar vasitəsilə virtual hədiyyələr göndərirlər. Bu hədiyyələr oyunda top atışlarına, yaylım atəşinə və müxtəlif müdafiə hərəkətlərinə çevrilir.

İstifadəçilər göndərdikləri hədiyyələrin növünə uyğun olaraq topçu və Seyid Onbaşı kimi müxtəlif rollara daxil ola bilirlər. İştirakçıların adları və profil şəkilləri də oyun ekranında göstərilir. Beləliklə, izləyicilər yalnız döyüş səhnəsini izləməklə kifayətlənmir, göndərdikləri virtual hədiyyələrlə oyunun gedişinə də təsir edirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis və akademik Dinçer Karaca  bildirib ki, bu cür dəyərlərin oyunlarda pul üçün istifadə edilməsi tarixi irsə hörmətsizlikdir. Ekspert sözügedən oyunlar bağlı tədbir görülməsinin zəruri olduğunu bildirib.

WhatsApp Image 2026 11 23 at 12.11.19 WhatsApp Image 2026 11 23 at 12.15.45

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: