İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” qəzeti İranın xarici işlər naziri Abbas Əraqçinin son müsahibəsində tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Qəzet yazıb ki, ölkənin ali rəhbəri Müctəba Xameneinin mümkün hədəfə alınması ilə bağlı ssenarilər, həmin günün təfərrüatları və xarici işlər nazirinin Xamenei ilə əlaqə saxlamaması barədə məlumatlar ictimai şəkildə açıqlanmamalı idi.
“Gələcək müsahibələrdə qalan tunellərin və hərbi bazaların ünvanlarını özünüzdə saxlayın və mühüm hadisələrin təfərrüatlarını təsvir edərkən daha təmkinli olun”, – nəşr Əraqçiyə səslənib.
“Cavan” qəzeti vurğulayıb ki, milli təhlükəsizliyin, ictimai etimadın və xalqın maraqlarının qorunması medianın diqqəti və ya ictimai maraq naminə ikinci plana keçirilməməlidir.
Qeyd edək ki, Abbas Əraqçi Müctəba Xamenei ilə hələ görüşmədiyini deyib. O qeyd edib ki, Müctəba ilə görüşmək yalnız “seçilmiş bir neçə nəfər” üçün mümkündür və bu görüşlər məhdud sayda şəxslə keçirilir.
Əliyar Xəlil
Globalinfo.az