“Yaponiya yeni “Asiya NATO-su”nun yaradılmasını istəyir”.
Globalinfo.az xəbər verir ki, bu açıqlamanı Yaponiyanın yeni təyin edilmiş xarici işlər Takeşi İvaya verib.
O deyib ki, Yaponiyanın baş nazirinin müəllifi olduğu “Asiya NATO-su” ideyası orta və uzunmüddətli perspektivdə tədqiq edilməlidir:
“Asiya NATO-su ideyası konkret hansısa ölkəyə yönəlməyib”, – nazir bildirib.
Qeyd edək ki, Yaponiya Baş naziri Siqeru İsiba Asiyada NATO kimi sistemin olmamasının qitə üçün yeni hərbi risk yaratdığını bildirib:
“Ölkə ətrafındakı geosiyasi böhran elə bir səviyyəyə çatıb ki, müharibə istənilən an başlaya bilər. Bizə NATO-nun Asiya versiyası lazımdır ki, Çini, Rusiyanı və Şimali Koreyanı saxlaya bilsin”.
Əliyar Xəlil
Globalinfo.az