Əli azərbaycanlıların qanına batan partiya bağlanır

Daşnaksütyun Partiyasının fəaliyyəti dayandırılmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Akop Aslanyan deyib.

“Bəli, Daşnaksütyun fəaliyyətini dayandırmalıdır, çünki bu, antierməni təşkilatıdır. Bunu yalnız mən demirəm. Onun haqqında özlərinin nümayəndələri, eləcə də məşhur simalar danışıblar”, – o bildirib.

Aslanyan hazırda bu partiyanın fəaliyyətini dayandırması üçün yetərli əsasın olduğunu vurğulayıb:

“Gəlin dürüst olaq. Bu, Daşnaksütyunun siyasi arenada olduğu sonuncu dönəmdir. Bir neçə il sonra onlar ölü partiya kimi siyasi səhnədən gedəcəklər”.

İlkin Həsənov
Globalinfo.az